Avropa İttifaqı Şurası 2030-cu ilə qədər enerji istehlakının 11,7% azaldılması qaydalarını təsdiqləyib. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Aİ istehlakı 9% məhdudlaşdırmağı planlaşdırırdı. Şura həmçinin təsdiq edib ki, illik enerjiyə qənaət hədəfi 2024-cü ildən 2030-cu ilə qədər tədricən artacaq: 1,49%-dən 1,9%-ə.
Aİ üzvləri üçün son istehlak limiti neft ekvivalentində 763 milyon ton, ilkin üçün isə 993 milyon ton səviyyəsində müəyyən edilib. 

Son istehlak həddi məcburi, ilkin həddi isə göstərici olacaq. Hər bir Aİ ölkəsinin enerji istehlakına qənaətdə payının xüsusi düsturlarla hesablanması planlaşdırılır. Onlar enerji intensivliyini, adambaşına düşən ÜDM-i, bərpa olunan enerjinin inkişaf səviyyəsini və enerjiyə qənaət potensialını nəzərə alacaqlar. 

Qeyd edək ki, qayda Aİ-nin 2030-cu ilə qədər istixana qazı emissiyalarını 55% azaltmaq və 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün nəzərdə tutulmuş “Fit for 55” paketinin bir hissəsi kimi müəyyən edilir. Buraya bərpa olunan enerji mənbələrinə keçid, iqtisadiyyatın bütün sahələrində emissiyaların azaldılması daxildir.