Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.

Araşdırma aparılır.