Ağcabədidə yol qəzası olub.

İqtisadiyyat.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub. Nəticədə avtomobildəki sərnişin Emin Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə zamanı həlak olan Emin Məmmədov hərbi qulluqçu olub.