“İşğaldan azad edilmiş ərazilərdə ilk “Ağıllı kənd” layihəsi başa çatır”.

Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi başa çatmaqdadır və ikinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndi olacaq : “Hədəf işğaldan azad edilmiş ərazilərdə ağıllı layihələrin həyata keçirilməsinə qadınların cəlb edilməsidir”.