"Ukraynadakı münaqişə ABŞ üçün xarici müharibə deyil, Konqres Amerikanın maraqlarını nəzərə almalı və Kiyevə yardım göstərməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi növbəti brifinqdə deyib.

O, Rusiya prezidenti Vladimir Putinin siyasətinin nəticələrini şərh edib: "Biz bilirik ki, Ukraynada baş verənlər təkcə Ukraynaya aid deyil. Bu, xarici müharibə deyil". O bəyan edib ki, Rusiya hakimiyyəti ABŞ-nin "inşasına kömək etdiyi beynəlxalq nizama meydan oxuyur".

Kirbi qanunvericiləri Ukrayna üçün əlavə büdcə ayırmağa çağırıb və Nümayəndələr Palatasına nəzarət edən respublikaçıların Milad tətilinə çıxmaq qərarını tənqid edib: "Əvəzində onlar tətil üçün evlərinə gedirlər, ukraynalılar isə döyüş meydanına qayıdırlar".