Afrika İttifaqı Nigerin üzvlüyünü dayandırdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası (CPS) məlumat açıqlayıb.

Məlumata görə, artıq Niger İttifaqın fəaliyyətində iştirak edə bilməyəcək.

Əlavə edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb və Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıblar.

 

Gözəl Həşimova