AFFA Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək olub.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 000 (beş yüz min) Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürülüb.