Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub. 

Xatırladaq ki, A.Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvanın Şərur rayonunun Maxta kəndində anadan olub.

1992-ci ildən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi vəzifəsində, 1994-2005-ci illərdə daxili işlər orqanlarında çalışıb.