Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, kişilərdən ibrarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşıb.

Oyun rəqibin qələbəsi ilə başa çatıb - 1,5:2.5.

Teymur Rəcəbov və Nicat Abasov rəqiblərinə məğlub olublar. Rauf Məmmədov xalları yarı bölüb, Şəhriyar Məmmədyarov isə rəqibini məğlub edib.

Fransa ilə qarşılaşan Azərbaycanın qadınlardan ibarət yığması rəqibi ilə heç-heçə edib - 2;2.

Xanım Balacayeva məğlub olub, Günay Məmmədzadə isə oyununu qələbə ilə başa vurub. Gülnar Məmmədova və Gövhər Beydullayeva xalları yarı bölüblər.