ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün əlavə 250 milyon dollar ayırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə "Ağ Evin mətbuat katibi Karin Jan-Pyer keçirdiyi brifinqdə bildirib.

"ABŞ Ukrayna taxılını çox ehtiyac duyulan bazarlara çatdırılmasında köməklik göstərəcək. Belə ki, Kiyevə daha 1,3 milyard dollarlıq hərbi yardım paketinin ayrılması bunu asanlaşdırmaq üçün nəzərdə tutulub. Bura liman təhlükəsizliyini təmin etmək üçün vəsait də daxildir" , - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova