"Amerika administrasiyası Ukraynanı mümkün qədər tez bir zamanda Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olmağa hazırlamaq planlarına sadiqdir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim deyib.

"ABŞ prezidenti Co Bayden Ukraynanın gələcəyini NATO-da gördüyümüzü çox açıq şəkildə ifadə edib. Və biz bütün NATO müttəfiqləri ilə birlikdə Ukraynanın mümkün qədər tez hazır olmasını təmin etmək üçün Kiyevlə çox sıx işləyirik", - Kim qeyd edib.

O, Ukraynanın növbəti sammitinin yaxınlaşması ilə əlaqədar Şimali Atlantika Alyansına mümkün üzvlük məsələsini şərh edib.

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smitin fevralın 13-də verdiyi məlumata görə, blok Vaşinqtonda keçiriləcək yay sammitində Ukraynaya alyansın sıralarına qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil. Bu sammit iyulun 9-11-nə planlaşdırılıb.