ABŞ Dövlət Departamenti Tayvana 500 milyon dollar dəyərində "F-16" infraqırmızı axtarış və izləmə sistemləri və müvafiq avadanlıqlarının satışını təsdiqləyib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən məlumat verilib. 

Məlumata görə, satışın təsdiqlənməsi ilə bağlı Konqresə bildiriş göndərilib. ABŞ-ın bu qərarı və Tayvana dəstəyi bölgədəki əsas hərbi balansı dəyişməyəcək:

"ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayacaq. Bu danışıqların sonunda ABŞ Tayvana təklif məktubu təqdim edəcək. Əgər təklif müsbət cavab alarsa, satınalma prosesi başlayacaq".

Qeyd edək ki, Çin Vaşinqton administrasiyasının Tayvana silah satışını dayandırması və hərbi əlaqələri kəsməsi ilə bağlı çağırış edib.

Gülşən Şərif