Benzinin ucuzlaşmasına kömək etmək üçün bu il strateji neft ehtiyatından xam neft satan ABŞ rəhbərliyi xam neft almağa başlayacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ Energetika Nazirliyindən verilən açıqlamada fevral ayında tədarük üçün 3 milyon barrel xam neftin alınacağı açıqlanıb.

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra ABŞ-da benzinin qiymətinin sürətlə artması fonunda mart ayında ölkənin strateji neft ehtiyatlarından 180 milyon bareldən çox neftin çıxarılmasına icazə verib.

Ölkə ehtiyatlarından neft satışı ilə ABŞ-ın strateji ehtiyatında olan xam neftin nisbəti 1984-cü ildən bəri ən aşağı səviyyəyə enərək enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.