ABŞ prezidenti Co Baydenin administrasiyası xarici hərbi maliyyələşdirmə proqramı (FMF) çərçivəsində Tayvana silah alınması üçün 80 milyon dollar ayırıb.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, ayrılan vəsait Tayvanın özünümüdafiə imkanlarının gücləndirilməsinə, eləcə də dəniz təhlükəsizlik qüvvələrinin modernləşdirilməsinə sərf olunacaq.

Əlavə edək ki, iyulun 29-da ABŞ prezidenti Co Bayden Tayvana 345 milyon dollara qədər hərbi yardımın ayrılacağını elan edib.

 

Gözəl Həşimova