ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi Rusiya XİN-ə çağırılıb.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bununla bağlı Rusiya XİN məlumat paylaşıb. Bildirilib ki, ABŞ-ın Ukraynadakı münaqişəyə müdaxiləsinin artması ilə bağlı Linn Treysiyə etiraz bildirilib. 

Rusiya XİN-dən bildirilib ki, ABŞ öz hərbçilərini və texnikasını çıxarmalı, Rusiyaya qarşı olan addımlarını sona çatdırmalıdır.