ABŞ administrasiyası Rusiyanın ən varlı adamlarından olan Vladimir Potaninə və Rusiya kommersiya bankı Rosbank-a qarşı sanksiyalar tətbiq edib.


İqtisadiyyat.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada Vladimir Potanin və Potaninin bu ilin əvvəlində satın aldığı Rusiya mərkəzli kommersiya bankı Rosbank-ın sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Açıqlamada Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) Rusiyanın maliyyə xidmətləri sektoru ilə bağlı 18 quruma və Rusiya hökumətinə bağlı 40-dan çox şəxsə qarşı sanksiya tətbiq etdiyi bildirilib.

“Biz Rusiyanın qlobal bazarlardan təcridini dərinləşdirməyə davam edirik”

Xəzinədarlıq bildirib ki, sanksiyalar ABŞ hökumətinin Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdırmaq səylərinin bir hissəsidir.

"Daha böyük Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməklə, biz Rusiyanın qlobal bazarlardan təcridini dərinləşdirməyə davam edirik", - Maliyyə Naziri Brayan Nelson açıqlamasında bildirib.