ABŞ Rusiyadan "Uran-235" nüvə yanacağı alışını kəskin şəkildə artırıb.

Bu barədə İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, bu ilin birinci yarısında daşınmalar 188 tondan 416 tona yüksəlib ki, bu da 2005-ci ildən bəri ən yüksək göstəricidir. Hesabat dövründə Rusiyanın ABŞ-yə nüvə yanacağı tədarükü 2,2 dəfə artıb. Bildirilib ki, ABŞ tədarük üçün Rusiyaya 696,5 milyon dollar ödəyib, bu da 2002-ci ildən bəri rekord göstəricidir.

 

Gözəl Həşimova