ABŞ Hava Qüvvələrinin "F-16" qırıcıları Kanada ilə sərhəddə naməlum obyekt vurublar.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Pentaqon"un sözcüsü P. Rayder məlumat yayıb. O bildirib ki, naməlum obyekt Huron gölü üzərində prezident Co Baydenin göstərişi ilə vurulub. 

Qeyd edilib ki, obyekt hər hansı hərbi təhlükə yaratmasa da, uçuşlar üçün təhlükə yaradıb. 

Bu, ABŞ və Kanada ərazisi üzərində vurulan 4-cü obyekt olub.