"Milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İsrailin baş naziri Benyamin Netanyahuya bildirib ki, ABŞ HƏMAS hərəkatının saxladığı digər girovları azad etmək üçün Qəzza zolağında İsrailin hərbi əməliyyatlara yenidən fasilə verməsinin yollarını axtaracaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"İsraildə Ceyk Sullivan baş nazir Netanyahu və Müharibə kabinetinin üzvləri ilə görüşdü. Onun onlara mesajı eyni qaldı: ABŞ İsraili və onun HƏMAS-a qarşı mübarizəsini dəstəkləməyə davam edəcək. Biz qalan girovlar üçün daha bir fasilə əldə etmək və onları ailələrinə qovuşdurmaq məqsədilə mümkün olan hər şeyi etməyə davam edəcəyik", - Kirbi qeyd edib.