ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin bağlanmasının qarşısını alan müvəqqəti büdcə qanun layihəsini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, qanun layihəsi 201 əleyhinə 224 səslə qəbul edilib.

Müvəqqəti büdcə layihəsi Dekabrın 23-dək ABŞ federal hökumətinə maliyyə vəsaiti ayıracaq

Yeni qanun layihəsi ABŞ Senatı tərəfindən təsdiq olunarsa, imzalanmaq üçün prezident Co Baydenə təqdim ediləcək.