ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxendə Aleksey Navalnının həyat yoldaşı Yuliya ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin sözçüsü məlumat verib.

"Vitse-prezident Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə görüşüb. Vitse-prezident onun ölümü ilə bağlı xəbərlərdən kədərini və hiddətini bildirib", - diplomat bildirib.

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə Departamenti Aleksey Navalnının koloniyada ölməsi barədə məlumat yayıb. İdarənin məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal məhbusa kömək etməyə başlayıb, ancaq onu xilas etmək mümkün olmayıb.