ABŞ iyulun 26-da çevrilişin baş verdiyi Nigerdəki səfirliyini müvəqqəti olaraq qismən boşaltmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller məlumat verib.

Onun sözlərinə görə, ABŞ Nigeryadakı vəziyyəti nəzərə alaraq səfirliyin şəxsi heyətini və ailələrini müvəqqəti olaraq ölkədən çıxaracaq. Lakin səfirliyik məhdud şəkildə xidmətlər göstərməyə davam edəcək.

 

Gözəl Həşimova