Birləşmiş Ştatlar hazırda Livanda vəziyyətin gərginləşməsindən narahatdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Miller iddia edib ki, Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri ABŞ-nin əsas məqsədlərindən biri əməliyyatların genişlənməsinin və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olub. Dövlət Departamentinin sözçüsü əlavə edib ki, bu, onların əsas vəzifəsi olmaqda davam edir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livandan sözügedən dövlətin şimalına raketlərin atıldığı ərazilərə hücumlar təşkil etdiyini açıqlamışdı. İsrail qırıcılarının bu ölkədə Hizbullah hərəkatının bir sıra hərbi obyektlərinə hücum etdiyi dəqiqləşdirilib.