ABŞ-ın ən böyük banklarından biri olan Goldman Sachs gəlirlilik hədəflərinə çatmaq üçün 4000-ə yaxın əməkdaşını ixtisar etməyi planlaşdırır.


İqtisadiyyat.az xəbər verir ki, ABŞ-da yerləşən Semafor xəbər saytındakı xəbərə görə, Goldman Sachs bankındakı menecerlərdən aşağı performans göstərənləri müəyyən etmək istənilib.

Bildirilib ki, Goldman Sachs gəlirlilik hədəflərinə çatmaq üçün 4000-ə yaxın işçini ixtisar etməyi planlaşdırır və bu, gələn ilin əvvəlində işçi qüvvəsinin 8 faizə qədər ixtisarına səbəb ola bilər.

Goldman Sachs-ın İcraçı Direktoru (CEO) David Solomon-un fevral ayında təyin etdiyi gəlirlilik hədəfinin geridə qaldığını bildirən xəbərdə, bankın pərakəndə bankçılıq müəssisəsi Marcus ilə zərər verdiyi bildirilib.

Xəbərdə, Goldman Sachs-ın planlaşdırdığı işdən çıxarmaların ölçüsünün bazar böhranı zamanı çoxlu işçisini işdən çıxaran Citigroup və təxminən 200 nəfəri işdən çıxaran Barclays kimi digər Wall Street şirkətlərindən  böyük olduğu bildirilib.

Epidemiya dövründə çoxlu adamı işə götürən Goldman Sachs-ın işçilərinin sayı bu ilin üçüncü rübünə görə 49 minə çatıb.