ABŞ dövlət katibi Entoni Blinken Braziliyaya gedib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Blinken G20 xarici işlər nazirlərinin görüşündən əvvəl Rio-de-Janeyroda Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşəcək.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: "Dövlət katibi beynəlxalq sülhün qorunmasında, işçilərin hüquqlarının tanınmasında, irqi bərabərliyin təşviqində və meşələrin qırılmasının dayandırılmasında qarşılıqlı marağımızı bir daha təsdiq edəcək".