ABŞ-də ötən ilin dekabr ayında inflyasiya səviyyəsi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında ABŞ-də aylıq inflyasiya 0,3% təşkil edib. Hesabat dövründə ABŞ-də illik artım isə 3,4% olub.

Əlavə edək ki, ötən ilin noyabr ayında ABŞ-də aylıq inflyasiya 0,1% səviyyəsində olub.

 

Gözəl Həşimova