ABŞ kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün Ukraynaya daha 250 milyon dollar ayırmağa qərar verib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi bu vəsaitin kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcəyini açıqlayıb.

Əlavə edək ki, bundan əvvəl ABŞ belə məqsədlər üçün Ukraynaya 100 milyon dollar ayırmışdı.

 

Gözəl Həşimova