ABŞ-da yerləşən kriptovalyuta firması Voyager Digital, aktivlərini Binance kriptovalyuta birjasının ABŞ-dakı törəməsi olan Binance.US-a 1,02 milyard dollara satacağını açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, iyul ayında müflis olmaq üçün müraciət edən Voyager, verdiyi açıqlamada müştərilərə və digər kreditorlara ən yüksək məbləği ən qısa zamanda qaytarmaq üçün strateji variantları qiymətləndirdikdən sonra aktivləri üçün ən yüksək təklifi verən Binance.US-u seçdiyini söyləyib.


Açıqlamada Binance.US-un təklifinin dəyərinin 1,02 milyard dollar olduğu qeyd edilib.

Binance.US-un xoş niyyət əlaməti olaraq Voyager-ə 10 milyon dollar sərmayə qoyacağı və bunun 15 milyon dollara qədər olan müəyyən xərcləri də qarşılayacağı bildirilib.


“Binance.US alışı ilə o, müştərilərə məhkəmə tərəfindən təsdiqlənmiş ödənişlərə uyğun olaraq kriptovalyutaları ödəməyi hədəfləyir”, - deyə bəyanatda bildirilir.


Qeyd edək ki, Voyager Digital iyul ayında iflas elan etdiyini açıqlamışdı.

Şirkətin iflas ərizəsi ilə bağlı dinləmə 5 yanvar 2023-cü ildə keçiriləcək.