Yeni növ koronavirus səbəbilə ABŞ-da ölənlərin sayı artdı.
Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, ABŞ-da koronavirus səbəbilə ölənlərin sayı 608 min 606-ya çatıb. Yoluxanların sayının isə sutka ərzində 27 min 348 nəfər artması ilə 1 milyon 188 min 122-yə çatıb.
Qeyd edək ki, ABŞ-da koronavirusun ən çox yayıldığı yer Nyu-York ştatıdır. Orada COVİD-19-a yoluxanların sayı 323 min 883, ölənlərin sayı isə 24 min 648 nəfərdir. Nyu-Yorkdan sonra yeni növ koronavirusdan ən çox zərər görən ştat Nyu-Cersidir. Həmin ştatda yeni növ koronavirus səbəbilə ölənlərin sayı 7 min 886 nəfərə çatıb. Yoluxanlar isə 127 min 438 nəfərdir.