Amerika Birləşmiş Ştatlarında koronavirus infeksiyasından ölənlərin sayı 150 min nəfəri keçib.

Bu barədə ABŞ hakimiyyətinin, Ümumdünya Səhiyyə Təşkilatının və digər rəsmi mənbələrin statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin sayı 150 034 nəfərdir. Ölkədə təhlükəli infeksiyaya ümumilikdə 4 396 030 insan yoluxub.

ABŞ-ın bir sıra ştatlarında, o cümlədən Floridada, Arizonada, Texasda və Kaliforniyada virusun daha çox yayılması müşahidə edilir. Report