Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakıya səfərindən sonra ABŞ Azərbaycanla Ermənistan arasında münaqişənin həllində Türkiyənin məhsuldar rolunu yüksək qiymətləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "Anadolu Agentliyi"nə bildirib.

“Biz Türkiyə xarici işlər nazirinin sülhə dair bəyanatları ilə razıyıq və buna nail olmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyəcəyik. Eyni zamanda, ABŞ iki ölkə arasında mübahisənin həllində Türkiyənin məhsuldar rolunu alqışlayır", - deyə o, qeyd edib.

 

Gözəl Həşimova