Afrika bütün dünya birliyinin gələcəyinə təsir edəcək və buna görə də ABŞ qitə ölkələri ilə münasibətləri inkişaf etdirməyə sadiqdir.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Konfransın rəhbəri, Almaniyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Kristof Heusgen ona deyib ki, Afrikaya münasibətdə mübadilə sxemlərindən istifadə tendensiyası görünür. Bununla belə, Harris ABŞ-nin Afrika ilə gələcək əlaqələrini qurmaq üçün belə bir yanaşma tətbiq etdiyini təkzib edib: "Mən sizə deyim ki, fikrimcə, ABŞ və Afrika qitəsi arasındakı münasibətlər haqqında fərqli düşünməliyik".

"Biz qitənin gələcəyinə və bunun dünyanın gələcəyinə necə təsir edəcəyinə baxırıq. Bu, danılmazdır. Afrikanın dünyanın gələcəyinə birbaşa təsiri olacaq", - Harris deyib.