Avropa İttifaqı (Aİ) məhkəməsi "Batman" cizgi filmi və film personajının loqosunun "DC Comics" tərəfindən qeydiyyatdan keçməsinə və başqaları tərəfindən istifadə olunmayacağına qərar verib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, baş ofisi Lüksemburqda yerləşən və Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturunda yerləşən Baş Məhkəmə İtaliya şirkətini Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi (EUIPO) və "DC Comics"ə qarşı loqodan istifadə etdiyinə görə məhkəməyə verib. 

Məhkəmə sözügedən loqonun daha əvvəl qeydə alınmış ticarət markasına aid olduğuna və bu loqonun Batman obrazı təəssüratı yaratdığına dair qərar verib. Belə ki, "DC Comics" 1996-cı ildə Batman loqosunun ticarət markasının qeydiyyatı üçün EUIPO-ya müraciət edib. Müraciət 1998-ci ildə qəbul edilib. 

Lakin Batman loqosunu müxtəlif məhsullarda istifadə etmək istəyən İtalyan şirkəti insanların yarasa loqosunu hər zaman Batman ilə əlaqələndirmədiyini iddia edib. Buna baxmayaraq, ərizə EUIPO tərəfindən rədd edilib.