Sudanda müharibə 7 milyon insanı evlərini tərk etməyə məcbur edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi sosial media platforması "X"də bildirib.

Məlumata görə, Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında ölkənin qərb və cənub-qərbində yerləşən 9 ştatda, eləcə də paytaxt Xartumda ağır silahlı qarşıdurmalar davam edir.

Qeyd edək ki, indiyədək Sudanda beynəlxalq atəşkəs və danışıq cəhdləri uğursuzluğa düçar olub.

 

Gözəl Həşimova