Azərbaycan Mərkəzi Bankı (AMB) 9 hüquqi şəxsə sığorta vasitəçiliyi fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə İqtisadiyyat.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar aprelin 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar qəbul edilib. Həmin şirkətlər “AZ Group Sığorta Agentliyi”, “CİB Sığorta Agentliyi”, “Çətir Sığorta Agentliyi”, “Güvən Sığorta Agentliyi”, “Qarant Sığorta Agenti”, “Progress-Sığorta Agentliyi”, “Odlar Yurdu Sığorta Brokeri” və “Sizin Sığorta Brokeri” MMC-lər, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” QSC-dir.