Paris Böyük Dəbilqə tunirində ikinci günün yarışları keçirilir

Fransanın paytaxtı Paris şəhərində Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycanın 6 idmançısı mübarizəyə başlayacaq.

5 fevralda yarışda kişilər arasında -81 kq. çəkidə Elcan Hacıyev və Zelim Tçkayev, -90 kq. çəkidə Murad Fətiyev, -100 kq. çəkidə Zelim Kotsoyev, +100 kq. çəkidə isə Uşanqi Kokauri və Camal Qamzatxanov medallar uğrunda güclərini sınayacaq.

Yarış Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.