“Bəzi ölkələr 4 günlük iş rejimini pilot layihə olaraq həyata keçirir. Bu iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz”. 

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.

Elnur Əliyev əlavə edib ki, səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Bu məsələ ikitərəflidir.