Əksəriyyəti təcili müalicəyə ehtiyacı olan xəstələr və onların yaxınları olmaqla ümumilikdə 317 nəfər Qəzza zolağından Türkiyəyə gətirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib. 

Bundan əlavə, bu günə qədər 13 təyyarə ilə 225 tondan çox humanitar yardım Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Qəzzaya çatdırılıb.