2023-cü ildə Bruno Fernandes Avropanın yüksək liqalarında 70 oyunluq həddini keçən yeganə oyunçu olub.

İqtisadiyyat.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu son bir ildə 62 dəfə klubun və 10 dəfə millinin formasını  geyinib. Fernandes həm matçların sayına, həm də aldığı dəqiqələrə görə zirvədədir. Portuqaliyalı futbolçu ümumilikdə 6288 dəqiqə meydanda olub.

"Real Madrid"dən Rodriqo 69 matçla 2-ci, "Mançester Siti"dən Manuel Akanji isə 68 matçla 3-cü pillədə qərarlaşıb.

10) Dusan Tadiç | "Ayaks"/"Fənərbağça" | Serbiya | 66 oyun, 5360 dəqiqə

9) Rodri | "Mançester Siti" | İspaniya | 66 oyun, 5412 dəqiqə 

8) Lautaro Martinez| "İnter" | Argentina | 67 oyun, 4584 dəqiqə

7) Bilal El Xannus | "Genk" | Mərakeş | 67 oyun, 4768 dəqiqə

6) Federiko Valverde | "Real Madrid" | Uruqvay | 67 oyun, 5319 dəqiqə

5) Rudiger | "Real Madrid" | Almaniya | 67 oyun, 5512 dəqiqə

4) Antoni Moris | "Union SG" | Luksemburq | 67 oyun, 6045 dəqiqə

3) Manuel Akanji | "Mançester Siti" | İsveçrə | 68 oyun, 5431 dəqiqə

2) Rodriqo | "Real Madrid" | Braziliya | 69 oyun, 4941 dəqiqə

1) Bernardo Silva | "Mançester Yunayted" | Portuqaliya | 71 oyun, 6288 dəqiqə