2021-ci ildə pandemiya ilə bağlı qeyri-müəyyənliklərin mövcudluğu və artan inflyasiya təzyiqlərinə baxmayaraq makroiqtisadi sabitlik qorunmuşdur. Ötən il ərzində pandemiyanın mənfi təsirlərinin azalması fonunda ölkə iqtisadiyyatında artım müşahidə olunub.

Bu Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında əks olunub.

Məlumata görə, 2021-ci il ərzində ÜDM real ifadədə 5.6% artaraq 92.9 mlrd. manat təşkil etmişdir. ÜDM-də artım həm neft, həm də qeyri-neft sektoru hesabına olmuşdur.

Belə ki, il ərzində neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyərdə 1.8%, qeyri neft-qaz sektorunda isə 7.2% artım müşahidə olunub. Qeyri-neft sektoru iqtisadi artımın əsas drayveri olmuşdur. ÜDM-in 62.2%-i qeyri-neft sektorunun hesabına formalaşmışdır.