Amerikanın Apple şirkəti axın xidmətini müvəffəqiyyətli bir şəkildə başlatmaq üçün bir neçə media şirkətini əldə etməlidir, deyə Wedbush Securities-dan analitik Dan Ives bildirib. Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verir.

Ekspert qeyd edib ki, bu məqsədlə Apple media şirkətlərinin əldə edilməsinə dair bir neçə müqavilə bağlamalıdır.

“Onlar axın sahəsində ciddi bir oyunçu olmaq istəyirlərsə, bu platformaya əhəmiyyətli yatırım etməlidirlər”, – deyə Wedbush Securities-in analitiki bildirib.

Apple-ın əldə edə biləcəyi media şirkətləri arasında Ives A24 Studio, Lionsgate, Viacom / CBS, Sony Pictures, MGM Studios və Netflix-in adını çəkib. O proqnozlaşdırır ki, əgər Apple birləşmələrə və satın alınmalara başlamasa, axın xidmətinin işə salınması sahəsində şirkətin ciddi strateji səhvi olacaq.

2019-cu ilin sonunda Disney + axın xidmətinin Amerikanın The Walt Disney Company şirkəti tərəfindən işə salınması planlaşdırılır. Ekspertlər hesab edirlər ki, şirkətin axın xidmətlərinin ümumi xərcləri 1 milyard dollardan çoxdur.