"Bu ilin 6 iyul tarixində məktəb direktoru üzrə test imtahanı olacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri direktorların işə qəbulu məsələsinə toxunan Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, 1859 nəfər mərkəzləşdirilmiş müsabiqə formatında iştirak edəcək:

"Təxminən 8 ildir davam edən mərkəzləşdirilmiş müsabiqə formatında 10 minə yaxın iştirakçı olub. Həmin iştirakçılardan 2 min nəfər məktəb direktoru vəzifəsinə təyin olunub. Bu ilin 6 iyul tarixində test imtahanı olacaq. Bu mərhələdə şagird sayı 500 nəfərdən çox olan ümumtəhsil müəssisələr üzrə müsabiqə təşkil olunacaq. Test mərhələsindən keçən müəllimlər yazı işi mərhələsinə dəvət olunacaqlar. Bu mərhələdən də keçənlər müsabiqə mərhələsində iştirak edə biləcəklər. Müsabiqədən də keçən müəllimlərin artıq məktəblər üzrə təyinatları həyata keçiriləcək. Bu proses yeni tədris ilinin əvvəlinə qədər tamamlanacaq".

Gülşən Şərif