İspaniyalı hakim Antonio Mateu Laos 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cope radiosu məlumat yayıb.

Laos 2022-ci il Dünya Kuboku 1/4 finalında Argentina və Hollandiya arasında keçirilən və 4:3 hesablı qələbəsi ilə başa çatan matçı idarə edib. Dünya çempionatlarının rekordu sayılan bu görüşdə hakim 17 sarı və bir qırmızı vərəqə göstərib. Oyundan sonra hər iki komandanın nümayəndələri hakimidən narazılıqlarını bildiriblər.

Hakim turnirin qalan dörd oyunu üçün təyinat almayacaq.