Türkiyədə zəlzələdən zərər çəkən şəxslər üçün 70 min kənd evi tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Osmaniyədəki çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, evləri bir il içində bərpa ediləcəyini bildirib.

Qeyd edək ki, Ərdoğan Osmaniyədə səfərdədir. O, daha sonra Qaziantepə gedəcək.