Fransanın Yeni Kaledoniya bölgəsində başlayan hadisələrlə əlaqədar ölkədən təxliyyə edilən əcnəbilərin sayı 1200-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Ali Komissiyası məlumat yayıb.

Qeyd edək ki, Fransanın nəzarəti altında olan və Sakit okeanda yerləşən Yeni Kaledoniyada Parisin müstəmləkəçilik siyasətindən narazı olan yerli xalq özünün hüquqları, habelə muxtariyyətlə bağlı tələblərin irəli sürüldüyü etiraz aksiyaları keçirir. Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb. Toqquşmalarda ölənlər və xəsarət alanlar olub.