Hindistanın ən böyük hava yolu şirkəti "Air India" təhlükəsizlik səbəbindən avqustun 8-dək Tel-Əvivə və oradan uçuşları dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Yaxın Şərqin bəzi bölgələrində mövcud vəziyyətlə əlaqədar olaraq, biz avqustun 8-i daxil olmaqla, Təl-Əvivə və oradan planlaşdırılmış uçuşları dayandırdıq", - bəyanatda deyilir.

Qərarla əlaqədar aviaşirkət öz sərnişinlərinə reysinin vaxtını dəyişdirmək və ya biletləri pulsuz olaraq ləğv etmək imkanı verib.

Aviaşirkət əvvəllər Təl-Əvivə həftədə dörd uçuş həyata keçirirdi.

 

Gözəl Həşimova