Qazaxıstan hakimiyyəti buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə idarələrarası komissiyanın iclasının yekunlarına dair hökumətin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan ərazisinə buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına qoyulan qadağa ilin sonuna qədər uzadılıb. Qazaxıstanda taxıl yığımına dair proqnozlar hələ də qalmaqdadır”, - deyə hesabatda bildirilir.

İclasda həmçinin Qazaxıstan ərazisindən iri və xırdabuynuzlu heyvanların damazlıq mallarının ixracına qoyulan qadağanın altı ay müddətinə uzadılması qərara alınıb.