ITA Airways Yaxın Şərqdə baş verən hadisələrə görə Təl-Əvivə uçuşları dayandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a şirkətin mətbuat xidməti məlumat verib.

"Bəli, bəzi digər şirkətlər kimi biz də sərnişinlərin və ekipajlarımızın təhlükəsizliyini təmin etmək üçün avqustun 1-dən Tel-Əvivə uçuşları dayandırdıq", - deyə şirkət müvafiq suala cavab verib. Onlar aydınlaşdırıblar ki, hələlik aviareyslər avqustun 6-sı daxil olmaqla təxirə salınıb.

Bundan əvvəl İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsrailə, eləcə də Livana səfərlərini təxirə salmağı tövsiyə etmişdi.