ABŞ-nin vitse-prezidenti Kamala Harris ölkənin ən yüksək vəzifəsinə rəsmi namizəd olmaq üçün onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında deyib.

"Vitse-prezident Harrisin bütün qurultay nümayəndələrinin əksəriyyətinin dəstəyini qazandığını bildirirəm. Onun Demokratların namizədi olacağını təsdiqləməkdən qürur duyuram", - diplomat qeyd edib. 

Harrison siyasətçinin neçə səs topladığını dəqiq açıqlamayıb. Qalib gəlmək üçün Harris 1976 nümayəndənin dəstəyini almalı idi.