İsrailin milli valyutası şekel təxminən üç faiz ucuzlaşıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, milli valyutanın ucuzlaşması İran və İsrail arasında münaqişənin mümkünlüyü ilə bağlı məlumatlar fonunda baş verib.

Hadisələr ərəfəsində dollar təxminən 3,81 şekelə yüksəlib.

Qeyd edək ki, “HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Haniyənin öldürülməsində İsrail tərəfi günahlandırılır.

 

Gözəl Həşimova